Məzmuna keç

Web3

Vikipediya, azad ensiklopediya

"Web3" (həmçinin Veb 3.0 olaraq tanınır [1][2][3]) Ümumdünya hörümçək torunun yeni bir iterasiyası olub, məzmunu desentralizasiya, blokçeyn texnologiyaları və token əsaslı iqtisadiyyat kimi konseptləri əhatə edən bir ideyadır.[4] Bəzi texnoloqlar və jurnalistlər onu Veb 2.0 ilə müqayisə ediblər. Burada məlumat və məzmunun əsasən "Böyük Texnologiya" adlandırılan sayca kiçik şirkətlər qrupunda mərkəzləşdiyini söyləyiblər.[5] "Web3" termini 2014-cü ildə Ethereum həmtəsisçisi Gavin Vud tərəfindən irəli sürülüb və bu ideya 2021-ci ildə kriptovalyuta həvəskarları, böyük texnologiya şirkətləri və vençur kapitalı firmaları tərəfindən maraqla qarşılanıb.[5][6] Web3 anlayışı ilk dəfə 2013-cü ildə təqdim edilmişdir.[7][8]

Tənqidçilər sərvətin kiçik bir qrup investor və fərdə mərkəzləşdirilməsi[9] və ya daha geniş məlumatların toplanması səbəbindən məxfiliyin itirilməsi ilə bağlı narahatlıqlarını ifadə etdilər.[10] İlon MaskCek Dorsi kimi milyarderlər "Web3"-ün dəbə görə deyilən sadə bir söz və ya marketinq termini kimi xidmət etdiyini iddia edirlər.[11][12][13]

Veb 1.0Veb 2.0 müxtəlif texnologiyalar və formatlar vasitəsilə inkişaf etdiyi üçün Ümumdünya İnternet tarixindəki dövrlərə aiddir. Veb 1.0 təxminən 1989-cu ildən 2004-cü ilə qədər olan dövrə aiddir, burada əksər saytlar statik səhifələrdən ibarət idi və istifadəçilərin böyük əksəriyyəti məzmun istehsalçıları deyil, istehlakçılar idi.[14][15] Veb 2.0 "veb platforma kimi"[16] ideyasına əsaslanır və digər xidmətlər arasında forumlara, sosial mediaya və şəbəkə xidmətlərinə, bloqlaravikilərə yüklənmiş istifadəçi tərəfindən yaradılmış məzmuna əsaslanır.[17] Veb 2.0 ümumiyyətlə 2004-cü ildə başlamış sayılır və indiki günə qədər davam edir.[16][18][5]

Web3 Tim Berners-Linin 1999-cu ildə Semantik veb konsepsiyasından fərqlidir.[19] 2006-cı ildə Berners-Li Semantik vebi Veb 3.0-ın bir komponenti kimi təsvir etdi. Bu blokçeyn kontekstlərində "Web3" mənasından fərqlidir.[20]

"Web3" termini Polkadot qurucusu və Ethereum həmtəsisçisi Gavin Vud tərəfindən 2014-cü ildə "blokçeyninə əsaslanan mərkəzləşdirilməmiş onlayn ekosistem"ə istinad edərək yaradılmışdır.[1] 2021-ci ildə "Web3" ideyası populyarlıq qazandı.[21] Kriptovalyuta həvəskarlarının yüksək profilli texnoloqlar və şirkətlərin investisiyaları sayəsində 2021-ci ilin sonuna doğru marağları artdı.[5][6] Vençur kapitalı firması Andreessen Horowitz-in rəhbərləri siyasətçilərin mübarizə apardıqları internetin tənzimlənməsi ilə bağlı sualları müzakirə etmək üçün 2021-ci ilin oktyabr ayında Vaşinqtona səfər etdilər.[22]

  1. 1 2 Edelman, Gilad. "What Is Web3, Anyway?". Wired (ingilis). ISSN 1059-1028. 10 fevral 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2021.
  2. Alford, Harry. "Crypto's networked collaboration will drive Web 3.0". TechCrunch (ingilis). 16 sentyabr 2021. 10 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2021.
  3. Khoshafian, Setrag. "Can the Real Web 3.0 Please Stand Up?". RTInsights (ingilis). 12 mart 2021. 12 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2021.
  4. Fenwick, Mark and Jurcys, Paulius, The Contested Meaning of Web3 and Why it Matters for (IP) Lawyers (January 27, 2022). Available at SSRN: SSRN 4017790 or http://dx.doi.org/10.2139/ssrn.4017790
  5. 1 2 3 4 Mak, Aaron. "What Is Web3 and Why Are All the Crypto People Suddenly Talking About It?". Slate (ingilis). 9 noyabr 2021. 9 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2021.
  6. 1 2 Read, Max. "Why Your Group Chat Could Be Worth Millions". Intelligencer (ingilis). 24 oktyabr 2021. 24 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2021.
  7. Bodrenko, Andrei I. "METHOD OF ORGANIZING E-MAIL" (ingilis). 6 dekabr 2013. 10 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2023.
  8. Bodrenko, Andrei I. "Video Calling System and Browser for I2P network" (ingilis). 24 oktyabr 2013. 10 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2023.
  9. Kastrenakes, Jacob. "Jack Dorsey says VCs really own Web3 (and Web3 boosters are pretty mad about it)". The Verge. 21 dekabr 2021. 24 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2021.
  10. "People are talking about Web3. Is it the Internet of the future or just a buzzword?". NPR.org (ingilis). 21 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2022.
  11. Locke, Taylor. "To Elon Musk, Web3 seems more like a 'marketing buzzword' than a reality". CNBC (ingilis). 20 dekabr 2021. 24 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2021.
  12. "Jack Dorsey Stirs Uproar by Dismissing Web3 as a Venture Capitalists' Plaything". Bloomberg.com (ingilis). 21 dekabr 2021. 4 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2022.
  13. Macaulay, Thomas. "Elon Musk and Jack Dorsey are right to raise concerns about Web3". TNW | Hardfork (ingilis). 21 dekabr 2021. 18 aprel 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2022.
  14. Cormode, Graham; Krishnamurthy, Balachander. "Key differences between Web 1.0 and Web 2.0". First Monday. 13 (6). 2 iyun 2008. 25 oktyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2021.
  15. Carter, Jamie. "Back to basics: is Web 1.0 making a comeback?". TechRadar (ingilis). 18 aprel 2015. 12 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2021.
  16. 1 2 Hosch, William L. Web 2.0 // Encyclopedia Britannica. 7 sentyabr 2017. 20 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2021.
  17. Hosch, William L. "Web 2.0". Encyclopedia Britannica (ingilis). 7 sentyabr 2017. 20 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2021.
  18. O'Reilly, Tim. "What Is Web 2.0". O'Reilly. 30 noyabr 2005. 24 aprel 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2021.
  19. Shannon, Victoria. "A 'more revolutionary' Web". International Herald Tribune. 23 may 2006. 26 noyabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2021.
  20. Shannon, Victoria. "A 'more revolutionary' Web". International Herald Tribune. 23 may 2006. 26 noyabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyun 2006.
  21. Nield, David. "What Is Web3 and Why Should You Care?". Gizmodo (ingilis). 14 dekabr 2021. 9 fevral 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 dekabr 2021.
  22. Feiner, Lauren. "Prominent Silicon Valley VC firm Andreessen Horowitz embarks on major crypto policy push in Washington". CNBC (ingilis). 13 oktyabr 2021. 13 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2021.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]