TaleWorlds
| TaleWorlds | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Tipi | Şəxsi şirkət |
| Sənaye | Videooyunlar |
| Məhsulu | |
| Təsis tarixi | 2005 |
| Baş qərargahın yeri |
|
| Struktur | |
| İşçi sayı |
102 (2016)[mənbə göstərilməlidir] |
| www.taleworlds.com | |
TaleWorlds — türk videooyun şirkəti. Şirkət 2005-ci ildə Ankarada təsis edilmişdir. "TaleWorlds" "İkisoft Software Company" şirkətinin rəsmi markasıdır və 2005-ci ildən etibarən "TaleWorlds Entertainment" adı altında kompüter oyunları istehsal edir.[7] Şirkətin ilk oyunu brauzerdə oynanılan "Realms of Mayhem" oyunudur.[1][2] Bunun ardıyca onlar dayanmadan oyun istehsalına başlamış və 2008-ci ilin sentyabrında hazırlanıb tamamlanan "Mount & Blade"[8], 2010-cu ilin martın 29-da yayımlanan "Mount & Blade: Warband"[9] və 2011-ci ilin mayın 3-də yayımlanan "Mount & Blade: With Fire & Sword" oyunları ilə fəaliyyətini davam etdirmişdir.[10]
Studiya Ankaranın Orta Şərq Texniki Universitetində (türk. Orta Doğu Teknik Üniversitesi, ODTÜ) yerləşir. Studiya hal-hazırda "PC Gamer" jurnalının da təsdiqlədiyi kimi "Mount and Blade II: Bannerlord" oyunun üzərində işləyirlər. Dizayner və prodüser Mikail Yazbek bunu intervyusunda qeyd etmişdir.
Tarixi
[redaktə | vikimətni redaktə et]"TaleWorlds Entertainment" Bilkent Universitetində kompüter mühəndisliyi təhsili almış Ərmağan Yavuz tərəfindən təsis edilmişdir. Şirkət olmaq ideyası sadəcə hobbi kimi başladığı "Mount & Blade" oyununun istehsalı zamanı reallaşdı. Həmin vaxtlar oyun hələ beta versiyasını hazırlamışdı. Şirkət oyunun beta versiyasının elektron kopyalarını satmağa başladı. Bu da onların şirkət kimi maliyyələşdirən ilk şey oldu.
2008-ci ildə seriyanın ilk oyunu rəsmi olaraq yayımlanmışdı və dünya üzrə rekordlar qıraraq bir milyondan çox satış və 3 milyon dollardan artıq gəlir əldə etmişdir. Şirkət davam oyunu kimi "Mount & Blade: Warband" oyununu hazırlamağa başladı.
2012-ci ildə çox gözlənilən "Mount & Blade II: Bannerlord" oyununun xəbərini çıxartdılar. Oyunun 2016-cı ilin dekabrından "Steam" səhifəsi var. Ancaq oyunun hələ də nə vaxt çıxarılacağı bilinmir.[11]
Məhsullar
[redaktə | vikimətni redaktə et]- 2007 — Realms of Mayhem (brauzer oyunu)[1][2]
- 2008-h.h. — Mount & Blade (seriya)
- 2008 — Mount & Blade[3][4]
- 2010 — Mount & Blade: Warband[5][6]
- 2011 — Mount & Blade: With Fire & Sword
- 2012 — Mount & Blade: With Fire & Sword — Great Battle («Siç» və Snowberry Connection studiyaları ilə birlikdə)
Hazırlanan məhsullar
[redaktə | vikimətni redaktə et]- Mount & Blade II: Bannerlord (2012-də açıqlanıb. Hazırlanır.)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 "Realms of Mayhem" (ingilis). TaleWorlds. 17 iyun 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2010.
- ↑ 1 2 3 "Realms of Mayhem" (ingilis). onlinegamesinn.com. 17 iyun 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2010.
- ↑ 1 2 "Mount&Blade" (rus). Absolute Games. 22 aprel 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2010.
- ↑ 1 2 "Mount&Blade" (ingilis). MobyGames. 17 iyun 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2010.
- ↑ 1 2 "Mount & Blade (rank)" (ingilis). MobyGames. 17 iyun 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2010.
- ↑ 1 2 "Mount&Blade: Warband" (rus). Absolute Games. 20 aprel 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2010.
- ↑ "TaleWorlds Company Info" (ingilis). IGN.com. 20 aprel 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2008.
- ↑ "'At ve Kılıç' kutuya girdi; At binenin, oyun oynayanın!" (türk). Zaman. 28 sentyabr 2008. İstifadə tarixi: 12 iyun 2010.[ölü keçid]
- ↑ "Dünyaya nam salan Türk bilgisayar oyunu: AT ve KILIÇ" (türk). Zaman. 1 may 2010. İstifadə tarixi: 12 iyun 2010.[ölü keçid]
- ↑ "1 milyonu savaştıran Türk!" (türk). CNN Türk. 14 fevral 2012. 26 iyul 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 may 2017.
