Notepad++
Görünüş
| Notepad++ | |
|---|---|
| |
| | |
| Tipi | Mətn redaktoru |
| Müəllif | Don Ho |
| Repozitoriya | github.com/notepad-plus-… |
| Proqramlaşdırma dili | C++[2][3], C |
| Əməliyyat sistemi | Microsoft Windows |
| İnterfeysin dili | C++, Win32 API,STL |
| Yayımlanma tarixi | 24 noyabr 2003 |
| Platforma | x86, x86_64[d] |
| Sonuncu versiya |
|
| Lisenziya | [GPL] |
| Sayt | notepad-plus-plus.org |
Notepad++ — Windows əməliyyat sistemi ilə birlikdə gələn Notepad proqramının alternatividir. Proqram C++, WIN32 API, STL istifadə edilərək hazırlanmışdır. Proqram GPL liseanziyası altında yayınlanır. Əsasən Scintilla mətn redaktoru əsasında qurulmuşdur. Notepad++ bir çox proqramlaşdırma dilinə uyğun olaraq kodu rəngləmək imkanlarına malikdir. Bir çox dillərə səsləndirmə(text to speech) dəstəyi vardır.
Əsas özəllikləri
[redaktə | vikimətni redaktə et]- Sözləri uyğun olaraq rəngləmə.
- Dəstəklənən Proqramlaşdırma dilləri: C, C++, Java, C#, XML, HTML, PHP, CSS, makefile, ASCII, art (.nfo), doxygen, ini faylı, batch faylı, JavaScript, ASP, VB/VBS, SQL, Objective-C, Pascal, Perl, Python, Lua, TeX, TCL, Assembler, Ruby, Lisp, Scheme, Diff, Smalltalk, Postscript, VHDL, Ada, Caml, AutoIt, KiXtart, Matlab, Verilog, Haskell, InnoSetup, CMake, YAML və bir çox proqramlaşdırma dili daxil.
- WYSIWYG (nə görürsənsə o)
- Rəngli çap etmə qabiliyyəti.
- İstifadəçiyə özəl cümlə rəngləndirilməsi.
- Bir çox proqramlaşdırma dili üçün kod tamamlama.
- Birdən çox səhifə ilə eyni anda işləyəbilmə.
- İşçi ekranı bölmələrə ayırma.
- Axtarma dəyişdirmə.
- Drag and Drop dəstəyi.
- Eyni faylı fərqli pəncərələrdə açaraq dinamik görünüş dəstəyi.
- Yazı böyütmə və kiçiltmə dəstəyi.
- Bir çox xarici dil dəstəyi.
- Bookmark əlavə etmə dəstəyi.
- Blok ya da normal mötərizələr üçün əlavə rəngləndirmə - (), [], {} -
- Makro özəlliyi.
