Məzmuna keç

Deftech Azerbaijan

Vikipediya, azad ensiklopediya
DefTech Azerbaijan LLC
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Məhdud məsuliyyətli cəmiyyət
Sənaye dron sənayesi
Məhsulu pilotsuz uçuş aparatı
Təsis tarixi 2021 (5 il əvvəl) (2021)
Baş qərargahın yeri Bakı, Azərbaycan
Struktur
Tərəfdaşlar Azərbaycan Müdafiə Sənayesi Nazirliyi
Edge Group[ing.]
Heavy Industries Taxila[ing.]
Calidus
TUALCOM
asyay
Keçmiş:
Fix Defence
Rəhbərlik
Baş icraçı direktor Elmar Qədimov
deftech.az

DefTech Azerbaijan LLC — hərbi dron istehsalçısı olan Azərbaycan şirkəti. 2021-ci ildə yaradılmışdır. Şirkət pilotsuz uçuş aparatları (PUA) və mobil sursatlar üzrə ixtisaslaşıb.[1]

Şirkət 2021-ci ildə təsis olunub. Şirkət yüksək texnologiyalar sahəsində ikili təyinatlı tədqiqat, araşdırma və istehsal fəaliyyətləri həyata keçirir. Əsas fəaliyyət istiqamətləri pilotsuz uçuş aparatları (PUA) sistemlərinin, taktiki döyüş-uçuş simulyatorlarının hazırlanması, proqram təminatının işlənməsi və texniki xidmətlərin göstərilməsidir.[2]

Şirkət telemetriya, kommunikasiya və robototexnika sahələrində ixtisaslaşmış Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya, Pakistan və digər ölkələrin şirkətləri ilə əməkdaşlıq edir. Şirkət həmçinin PUA sistemləri üzrə tədqiqat işləri aparır və bu sahədə texniki, diler və distribyutorluq xidmətləri göstərir.

"DefTech" özəl şirkət kimi Azərbaycan Müdafiə Sənaye Nazirliyi ilə əməkdaşlıq edir.[3]

  • Vtol Tandem Qanadlı PUA DT-101
  • Tandem Qanadlı Silahlı PUA DT-001
  • Tandem Qanadlı Zərbə Dronu F-1500
  • Tandem Qanadlı Mobil Zərbə Dronu F-5000 F
  • Mobil Uzun Müddətli Asqılı Sistem MT-100
  • Dönən Qanadlı Silahlı Dron AD-G4

Beynəlxalq və yerli nümayişlər

[redaktə | vikimətni redaktə et]

"DefTech" tərəfindən hazırlanmış hərbi təyinatlı məhsullar 2022-ci ildə Bakıda keçirilmiş "Teknofest Azərbaycan"[4] və "ADEX-2022" beynəlxalq müdafiə sərgilərində nümayiş etdirilmişdir. Şirkətin məhsulları daha sonra Birləşmiş Ərəb Əmirliklərində "IDEX 2023" və Türkiyədə "IDEF 2023" beynəlxalq sərgilərində təqdim olunmuşdur. Bakıda keçirilən "ADEX-2024" sərgisində də istehsal etdiyi məhsullar nümayiş olunmuşdur.[5][6][7][8]

Şirkətin hazırladığı məhsullara tandem qanadlı və tandem VTOL tipli kəşfiyyat PUA-ları, kəşfiyyat və döyüş başlığı daşıyan benzin və elektrik mühərrikli zərbə dronları, həmçinin 82 mm-lik minaatan kvadrokopter daxildir. Bu məhsullar beynəlxalq müdafiə ixtisaslaşmış media qurumları tərəfindən işıqlandırılmış və regionda yerli dizaynlı pilotsuz sistemlərin inkişafı kimi qiymətləndirilmişdir.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]